Ukrayna Prezidenti Voladimir Zelenski seçkilərə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Strana.ua xəbər verib.
Beləliklə, Zelenski ABŞ Prezidenti Donald Trampın sözlərinə cavab verib.
Qeyd edək kki, Tramp "Politico"ya müsahibəsində Ukraynada artıq seçkilərin keçirilməsinin vaxtının çatdığını, ölkədə “artıq demokratiyanın olmadığını” və “ukrayna xalqının seçim haqqına malik olması gərəkdiyini” söyləmişdi.
Oktyabr ayında "Politico" Ukrayna rəsmilərinə istinadən yazıb ki, Zelenski Ukrayna prezidentliyinə namizəd olmaq niyyətindədir.