AZ

Tətbiqi sənət ustası: Xəttatlığın gözəlliyi ondadır ki, ilahi eşqlə yaşayırsan

Bakı, 9 dekabr, Göyçək Mahmudlu, Səfiyar Məcnun, AZƏRTAC

Dekabrın 9-da “İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025” çərçivəsində İslam xəttatlıq sənəti sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İran, Əlcəzair, Misir və Suriyadan olan sənət ustalarının əl işləri nümayiş etdirilib.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan tətbiqi sənət ustası Aytən Əliyeva sərgiyə qrupla qoşulduqlarını, dörd nəfərin hər birinin əl işlərinin fərqli texnika ilə hazırlandığını qeyd edib: "Mən mismarlarla işləmişəm. Bu sənətin adı "string art", yəni simli sənətdir. Xəttatlıq özünün mərhələləri ilə bir növ insanın mənəviyyatını formalaşdıran sənətdir. Bu zaman insan meditasiya tərəfdən özünü püxtələşdirir, həm də əl işləri hazırlayaraq geniş mənada təcrübə toplayır. Çox incə, diqqət tələb edən sənət olan xəttatlıqda ilahi kəlmələr yazılır. O kəlmələri işlətdikcə zikr edirik. Mən öz əsərlərimdə "Ya vəli Allah" kəlməsini, o cümlədən Müqəddəs kitabımız olan "Qurani-Kərim"də yer alan "Fatihə" surəsinin ilk iki ayəsini işləmişəm. Digər işlərdə də ilahi kəlmələr həkk olunub. Xəttatlıq sənətinin gözəlliyi ondadır ki, ilahi eşqlə yaşayırsan".

Aytən Əliyeva Türkiyədə keçirilən beynəlxalq festivallarda Azərbaycanı üç dəfə təmsil etdiyini də diqqətə çatdırıb.

Seçilən
15
azertag.az

1Mənbələr