AZ

TMAİS incəsənət məktəblərində tətbiq edilir Valideyn məktəb əlaqəsi güclənəcək

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə istifadəyə verilən Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi (TMAİS) təhsil sahəsində müasir idarəetmənin tətbiqinə imkan yaradan unikal rəqəmsal platformadır.

“Qafqazinfo” xəbər verir ki, yeni sistem valideyn–məktəb və şagird–müəllim əlaqələrinin operativliyini artırmaqla yanaşı, idarəetmədə şəffaflıq, nəzarət və hesabatlılıq mexanizmlərini də gücləndirir.

Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Muraz Məmmədov bildirib ki, TMAİS ilk dəfə olaraq təhsil sahəsində müasir idarəetmə modelinin təbliğini həyata keçirən rəqəmsal platformadır:

“Bu sistem vasitəsilə biz məktəb–valideyn kommunikasiyasını və şagird–müəllim əlaqələrini gücləndirməklə, şagirdin inkişaf dinamikasını aydın şəkildə ölçə bilirik. Elektron jurnal və elektron gündəlik modulları valideynlərə öz övladları barədə olan qeydləri və inkişaf göstəricilərini rahatlıqla izləməyə imkan yaradır. Eyni zamanda, müəllimlər elektron jurnal vasitəsilə öz dərs saatlarını, sinif otaqlarını və digər ətraflı məlumatları operativ şəkildə görə bilirlər”.

Platforma şagirdlərin inkişaf dinamikasının ölçülməsinə, müəllim fəaliyyətinin tədris göstəriciləri ilə təhlilinə geniş şərait yaradır. TMAİS çərçivəsində tətbiq olunan e-jurnal və e-gündəlik modulları pilot mərhələdə artıq effektivliyini nümayiş etdirib. Müəllimlərin dərs planlarını elektron şəkildə qeyd etməsi, davamiyyətin operativ daxil edilməsi, qiymətləndirmə nəticələrinin avtomatik formalaşması və valideynlərə ani bildirişlərin göndərilməsi təhsil prosesini daha şəffaf edir.

Valideynlər portal vasitəsilə övladlarının davamiyyətini, ev tapşırıqlarını, fənn nəticələrini və müəllim rəylərini real vaxtda izləyə biləcəklər ki, bu da ailə–məktəb əlaqəsinin güclənməsinə xidmət edir.

Hazırda sistemin bütün incəsənət məktəblərində mərhələli tətbiqi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, TMAİS Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
qafqazinfo.az

9Mənbələr