AZ

Lukaşenko Belarusun 2026-2030-cu illər üçün müdafiə planını təsdiqləyib




Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin 2026-2030-cu illər üçün müdafiə planını təsdiqləyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini Pavel Muraveyko Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair açıqlama verib.

"Dövlət başçısı bütün sənədləri və ölkəmizin hərbi təhlükəsizliyin və müdafiənin təmin edilməsi üzrə fəaliyyət planını nəzərdən keçirib və təsdiqləyib. Bütövlükdə müdafiə planını təsdiq edən fərman imzalanmaq üçün hazırlanır", - deyə Pavel Muraveyko bildirib.


Cavid
Seçilən
29
1
newscenter.az

2Mənbələr