AZ

ABŞ Kolumbiya və Meksikada narkotik ticarətinə qarşı hərbi əməliyyat keçirə bilər-Tramp



Birləşmiş Ştatlar Karib hövzəsində narkotiklərə qarşı dəniz əməliyyatını Kolumbiya və Meksikaya genişləndirməyi düşünə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu “Politico” nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

Amerika lideri yuxarıda adı çəkilən iki ölkəni əməliyyat zonasına daxil etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bunları söyləyib:

"Bəli. Mütləq. Mən edə bilərəm".

Qeyd edək ki, Tramp Venesuelanı da narkotiklərə qarşı mübarizə aparmamaqda ittiham edərək Bolivar Respublikasına hərbi qüvvə yerləşdirməyin mümkünlüyünü bildirmişdi.

Anar
Seçilən
45
1
newscenter.az

2Mənbələr