AZ

Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək 32-ci plenar iclası üçün İş Planını təsdiqləyib

Bakı. Trend:

Dekabrın 9-da Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləviqırğın silahlarının yayılmasına və yayılmasınınmaliyyələşdirilməsinə qarşı mübarizə sahəsində KoordinasiyaŞurasının (Koordinasiya Şurası) növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindənTrend-ə bildirilib ki, Baş nazirinmüavini, Koordinasiya Şurasının sədri Samir Şərifov dünyaölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ciplenar iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dairqərarını ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun daha birbariz göstəricisi olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, tədbirin ölkəmizdə layiqli və yüksəksəviyyədə keçirilməsi ilə bağlı müvafiq təşkilati-hazırlıqişlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarınınfəaliyyətinin əlaqələndirilməsi Koordinasiya Şurasına həvaləolunub.

Koordinasiya Şurasının üzvləri və Şura iclasına dəvət olunmuşbir sıra dövlət orqanlarının nümayəndələri tərəfindən EqmontQrupunun 32-ci plenar iclasının keçirilməsinə dair məsələlərinətraflı müzakirəsinin yekunu olaraq İş Planı təsdiq edilib.

İclasda, həmçinin Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətininsədri Zaur Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsinə təqdimedilmiş tərəqqi hesabatı barədə məlumat verib. O bildirib ki,Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə sisteminin FATF standartlarına uyğunlaşdırılması sahəsindəmühüm irəliləyiş əldə edilib. Bu çərçivədə FATF-ın 7 tövsiyəsi üzrəölkəmizin reytinqinin qaldırılması gözlənilir.

Bundan əlavə, iclasda ölkədə cinayət yolu ilə əldə edilmişəmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi vəkütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması iləbağlı digər məsələlər də müzakirə edilib.

Xatırladaq ki, Eqmont Qrupu çirkli pulların yuyulması vəterrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində millimaliyyə kəşfiyyatı qurumlarının fəaliyyətinə və aralarındaqarşılıqlı məlumat mübadiləsinə dəstək vermək məqsədilə 1995-ciildə təsis edilib. Ölkəmiz isə 2011-ci ildə tamhüquqlu üzv qismindəbu qrupa qoşulub.

Məqalədə:
Seçilən
20
23
az.trend.az

10Mənbələr