AZ

Ford Renault ilə razılığa gəldi Ucuz maşınlar istehsal edəcəklər

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin avtomobil istehsalçısı Ford Avropada Çinli avtomobillərlə rəqabət etmək üçün Renault ilə əməkdaşlığa başlayır.

Milli.Az xəbər verir ki, iki şirkət ucuz və kiçik elektrikli avtomobillər istehsal edəcək. İlk model 2028-ci ildə Fransada Renault fabriki tərəfindən hazırlanacaq.

Ford CEO-su Jim Farley bildirib ki, Çin avtomobilləri bazarı çətinləşdirir. O deyib: "Avropada vəziyyət çox aydındır. Sektorda həyatımız üçün mübarizə aparırıq."

Renault CEO-su Francois Provost əlavə edib ki, Çin avtomobilləri Avropada sürətlə yayılacaq, ona görə də əməkdaşlıq təcili və vacibdir.

Qeyd edək ki, "Ford"un Avropadakı minik avtomobilləri bazarındakı payı son illərdə azalıb. 2019-cu ildə 6,1% olan pay 2025-ci ilin ilk 10 ayında 3,3%-ə düşüb. Şirkət həmçinin Almaniyadakı Saarlouis fabrikin bağlayıb.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
news.milli.az

2Mənbələr