AZ

Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına əsasən, dekabrın 9-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən mərkəz rəisi polkovnik Nizami Mövlanov tədbir iştirakçılarını salamlayaraq, ordu quruculuğu sahəsində təcrübəli kadr potensialının artırılmasının qarşıya qoyulan vacib tapşırıqlardan biri olduğunu qeyd edib, kursu müvəffəqiyyətlə bitirən hərbçilərə bundan sonrakı xidmət dövründə uğurlar arzulayıb.

Dinləyicilər kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını qeyd ediblər.

Sonra zabit təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə fəxri fərman və sertifikatlar təqdim olunub, kurs birincisi mayor Pərviz Quliyev tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

a73f6df81c822857d890aaf1a300fc0b

90c996e62ce50fca914563ccad91a9a8

Seçilən
78
8
poliqon.az

10Mənbələr