Tesla şirkətinin Şanxay zavodu 4 milyonuncu avtomobilini istehsal edir
ABŞ-ın elektrikli nəqliyyat vasitələri istehsalçısı Tesla şirkətinin Çinin Şanxay şəhərindəki zavodunda 4 milyon nəqliyyat vasitəsi istehsal həddini aşdığı bildirilib.
Şirkət zavodda istehsal olunan 4 milyonuncu avtomobilin dünən gecə konveyerdən çıxdığını açıqladı və onu "Model Y L" elektrik avtomobili kimi təqdim etdi.
Bəyanatda qeyd olunur ki, 2019-cu ilin yanvar ayında açılan zavodda 1 milyon avtomobil həddini aşmaq üçün 30 aydan çox vaxt lazım olub, lakin artan tutumla 3 milyondan 4 milyon avtomobilə keçid 14 ay çəkib.
Zavod 2023-cü ilin sentyabrında 2 milyonuncu, 2024-cü ilin oktyabrında isə 3 milyonuncu avtomobil ilə konveyerdən çıxıb. Teslanın Şanxay zavodu bu ilin ilk doqquz ayında 675.000 avtomobil istehsal edib ki, bu da brendin qlobal avtomobil istehsalının yarıdan çoxunu təşkil edir.
Şanxay zavodu şirkətin ABŞ-dan kənarda ən böyük istehsal müəssisəsidir. Orada istehsal olunan avtomobillər Çinlə yanaşı, Asiya-Sakit Okean bölgəsinə və Avropaya ixrac olunur.
Zavod sənaye zəncirində 95% yerli istehsal nisbətinə malikdir və təchizatçılarının əksəriyyəti Şanxayın kənarında yerləşən Yantszi çayı deltasından olan istehsalçılardır.
aia.az
Tərcümə şöbəsi