AZ

Fəhlə "Jasmin Park" yaşayış kompeksinə məxsus binadan yıxılaraq ölübVİDEO

Bakıda fəhlə çalışdığı binadan yıxılaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə ötən gün paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında yerləşən "Jasmin Park" yaşayış kompeksində baş verib.

Yaşayış kompleksinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, hadisə şirkətdə iş saatı başlamazdan əvvəl baş verib.

Şirkətdən o da bildirib ki, yıxılaraq ölən fəhlə fasad işlərində deyil, binadaxili işlərdə çalışan əməkdaşlardan olub. Ona görə də onun hansı şəraitdə yıxılaraq ölməsi araşdırmalardan sonra bəlli olacaq.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, dünən saat 08:00 radələrində Yasamal rayonunun M. Xiyabani küçəsindən "hündürlükdən yıxılma" səbəbilə təcili çağırış qeydə alınıb. Çağırış ünvanına gələn təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
10
xezerxeber.az

10Mənbələr