AZ

Çin Misirdə iri toxuculuq kompleksi tikmək istəyir

Qahirə, 9 dekabr, AZƏRTAC

Çinin “Fountain Set Limited” şirkəti Misirdə 100 milyon dollar dəyərində investisiya ilə toxuculuq kompleksi tikmək istəyir.

AZƏRTAC Misirin İnvestisiya və Azad İqtisadi Regionlar üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, tərəflər bu gün danışıqlar aparıblar.

Çin şirkətinin təqdim etdiyi layihə 200 min kvadrat metr ərazidə həyata keçiriləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
63
azertag.az

1Mənbələr