AZ

“Futbolçularımdan razıyam, sadəcə bəxtimiz gətirmədi" - Azər Bağırov

style='margin-bottom:10px;'>

“Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtsizliyimiz oldu”.

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesablı məğlub olduqları matçı şərh edərkən deyib. Mütəxəssis oyunun maraqlı keçdiyini, lakin bu oyunda şansın onlardan yan keçdiyini vurğulayıb: 

“Əlimizə düşən fürsətləri qola çevirsəydik, daha fərqli oyun gedəcəkdi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq”. 

Bağırov nəticəyə baxmayaraq futbolçuların performansından çox razı qaldığını bildirib və rəqibi təbrik edib.

Baş məşqçi oyundan sonra hakimlərə nə deməsi ilə bağlı sualı isə belə cavablandırıb:

“Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam”.

Seçilən
74
teleqraf.com

1Mənbələr