Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Cari ilin yanvar-noyabr aylarında Rusiyadan Özbəkistana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artaraq 923,7 min nəfər təşkil edib. Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, ilin sonuna qədər bu rəqəm 1 milyon nəfərə çata bilər.Ümumilikdə isə hesabat dövründə Özbəkistana gələn xarici turistlərin sayı da artıb. Bu dövrdə ölkəyə 10,7 milyon turist səfər edib ki, bu da 2024-cü illə müqayisədə 14,5% çoxdur. Turizm xidmətlərinin ixracının həcmi 4,4 milyard dollara (1,44 dəfə artım) çatıb.Paralel olaraq turizm infrastrukturu da genişlənir. Bu il Özbəkistanın bölgələrində 954 yeni yaşayış obyekti istifadəyə verilib və onların ümumi sayı 6,86 minə, tutumu isə 183,9 min nəfərə çatıb. Cavid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.