AZ

Kallasdan ABŞ a sərt cavab: Avropa tənqid hədəfi ola bilməz...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Avropa İttifaqı müxalifətin boğulması və söz azadlığının məhdudlaşdırılmasına görə ittiham edilib.

Globalinfo.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Vaşinqtonun bu ittihamlarına sərt reaksiya verib.

Kallas bildirib ki, tənqid Avropaya deyil, Rusiyaya və ya “X” sosial şəbəkəsinə qarşı yönəldilməlidir.

O qeyd edib ki, hazırda Avropa İttifaqı azadlığın təməlidir. Ona görə də, ABŞ söz azadlığının pozulması hallarını başqa yerlərdə araşdırmalıdır.

“Bu cür ittihamlar başqa ünvanlara yönəldilməlidir. Məsələn, Rusiya ola bilər. Çünki burada fikir müxtəlifliyi, müstəqil media və siyasi müxalifət qadağan edilib. Yaxud ‘X’ sosial şəbəkəsi hədəfə çevrilə bilər. Burada da azadlıq faktiki olaraq məhdudlaşdırılıb,” – Kallas vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
globalinfo.az

1Mənbələr