BAKI, 9 dekabr. TELEQRAF
Rusiyanın İvanovo vilayətində An-22 Antey təyyarəsinin qəzası ilə bağlı İstintaq Komitəsinin hərbi istintaq orqanları cinayət işi açıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb.
Hadisə sınaq uçuşu zamanı baş verib. An-22 təyyarəsi İvanovo vilayətinin İvankovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız heyət üzvləri olub.