AZ

Tramp: Ukrayna ərazilərinin böyük bir hissəsini itirib - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişə gedişində ərazilərinin əhəmiyyətli hissəsini itirib.

Olaylar xəbər verir ki, bunu "Politico" nəşrinə istinadən verdiyi müsahibəsində deyib.

"Onlar mən hakimiyyətə gəlməzdən əvvəl də ərazilər itirmişdilər. Sahilboyu böyük bir hissəni itirdilər - böyük bir parçanı. Xəritələrə baxın. Buna qətiyyən qələbə demək olmaz", - deyə Tramp vurğulayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiyanın "Vostok" qoşun qruplaşmasının hərbçiləri Dnepropetrovsk vilayətində yerləşən Ostapovskoye yaşayış məntəqəsini nəzarətə götürüblər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
69
olaylar.az

1Mənbələr