AZ

Ukrayna şirkəti: Gələcəkdə Azərbaycanda fəaliyyət istiqamətini genişləndirməyi düşünürük

Bakı, 9 dekabr, AZƏRTAC

Neft və qaz sahəsində yanğınların baş verməsi ehtimalı digər sahələrə nisbətən daha çoxdur. Ona görə də bu sahədə istifadə olunan materialların yanğına dayanıqlılığı mütləq yoxlandıqdan sonra istismara verilməlidir.

Bu sözləri Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisində iştirak edən Ukraynanın “OOO Tect” laboratoriyasının direktoru Mariana Vladimirovna AZƏRTAC-a açıqlaması zamanı deyib.

O bildirib ki, İSO standartlarına müvafiq sertifikata malik olan laboratoriya neft və qaz istehsalında, istismarında, nəqlində və digər proseslərdə istifadə olunan materialların yanğına davamlılığını yoxlayır.

“Azərbaycan ilə əlaqələrimiz var. Biz yer altından çəkilən boruların bükülməsi üçün istifadə edilən materialların yanğına davamlılığını yoxlamışıq. Neft-qaz və neft-kimya sahəsində istifadə olunan materiallar müasir standartların tələblərinə görə yanğınadavamlı olmalıdır. Bu sahədə istifadə olunan qapı və pəncərələrin materialları da laboratoriya sınağından keçirilməlidir. Azərbaycan neft və qaz ölkəsi olduğu üçün buradan gələn sifarişləri çox dəqiqliklə sınaqdan keçiririk. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkə olduğu üçün əməkdaşlıq əlaqələrimiz səmərəli olur. Gələcəkdə Azərbaycanda fəaliyyət istiqamətini genişləndirməyi düşünürük”, - deyən M. Vladimirovna əlavə edib.

Seçilən
150
azertag.az

1Mənbələr