AZ

İsa Həbibbəylinin güllələnən qohumu haqda yeni faktlar – FOTO

Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat güllə yarasından həyatını itirib.

NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, o müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib.

Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb.

Mərhumun 37-38 yaşlarında olduğu deyilir. İlkin versiyaya görə, o özü həyatına son qoyub.

***

01:00

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

İsa

Mətanət Quliyeva

Hadisə dekabrın 8-i saat 22 radələrində Nizami rayonu M.Şərifli küçəsi ev 4 mənzil 26-da baş verib. Naxçıvan şəhər sakini 1986-cı il təvəllüdlü Nicat Afət oğlu Quliyev kirayədə yaşadığı mənzildə odlu silahdan baş nahiyəsinə atəş açaraq həyatına son qoyub.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Seçilən
44
nocomment.az

1Mənbələr