ain.az bildirir, Reyting.az portalına istinadən.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropaya vurduğu zərər digərlərindən daha çoxdur.
Reyting.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto RT-yə müsahibəsində bildirib.
Xarici işlər nazirinin fikrincə, Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa əvvəlkindən daha az təhlükəsiz, daha az rəqabətlidir.
Siyartonun sözlərinə görə, Brüssel Ukrayna rəhbərliyindəki korrupsiyaya göz yumur, çünki o, özü korrupsiyaya batıb.
O, Avropanın keçmiş ədliyyə komissarı Didye Reyndersə və Avropa İttifaqının xarici siyasətinə rəhbərlik etmiş Frederika Mogeriniyə qarşı irəli sürülən ittihamları da xatırladıb.
Nazir əlavə edib ki, xanım fon der Lyayenin diqqəti Avropa rəqabət qabiliyyətindən, Avropa sülhündən və Avropanın qlobal siyasətdə və qlobal iqtisadiyyatdakı mühüm rolundan yayındırması müstəsna haldır.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.