AZ

Əraqçinin özündən 32 yaş kiçik xanımı Bibiheybət məscidində - FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinın həyat yoldaşı Arzu Əhmədvand öz azyaşlı qızı ilə Bakıdakı Bibiheybət məscidini ziyarət edib.

"Unikal" xəbər verir ki, onları İslam Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları müşayiət edib.

Onlara ziyarətgah kompleksinin tarixi barəsində danışılıb.

Qonaqlar İmam Museyi-Kazımın (ə) qızı xanım Həkiməninin (Fatimeyi-Suğranın) (s.ə) məzarını ziyarət ediblər.

 

Qeyd edək ki, 62 yaşlı nazir Abbas Əraqçinin xanımı Arzu Əhmədvand 30 yaşındadır. O, Əraqçinin ikinci həyat yoldaşıdır.

Oların bu evlilikdən dörd yaşında bir qızları var.

Abbas Əraqçi birinci həyat yoldaşından boşanıb. Onun birinci həyat yoldaşı rəssamlıq sahəsində çalışan və İranın rəssamlıq professorlarından biri olan Bahare Abdullahian olub.

Seçilən
112
3
unikal.az

4Mənbələr