Hindistanın Balasore şəhəri yaxınlığında dənizə çıxan balıqçıların toruna nəhəng ölçülərdə köpəkbalığı düşüb. Uzunluğu təxminən doqquz metr, çəkisi isə beş ton olan bu nəhəng canlı dünyanın ən iri balıqları sırasında göstərilir.
"Yeni Sabah" xəbər verir ki, hadisə sahildən cəmi 200 metr məsafədə baş verib. Balıqçılar bu qədər böyük ovla təkbaşına bacara bilmədikləri üçün yaxınlıqdakı kənd sakinləri onlara kömək ediblər.
Nadir balığın tutulması bölgədə böyük maraq yaradıb. Həm turistlər, həm də yerli əhali həmin nəhəng canlıya baxmaq və şəkil çəkdirmək üçün sahilə axışıblar.
Əsmətxanım
Telegram kanalımız