AZ

Moskvaya PUA hücumu olub

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan iki pilotsuz uçuş aparatını (PUA) vurub.

Reyting.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, təcili yardım xidmətləri dağıntılar yerində işləyir.

9 dekabr səhər tezdən Ukrayna Silahlı Qüvvələrinin (UAH) PUA-ları Çeboksaryaya da hücum edib. Əvvəlcə dörd nəfərin yaralandığı bildirilsə də, sonradan bu rəqəm 14-ə çatıb. Binalar və yaxınlıqdakı park edilmiş avtomobillər də zədələnib.

Məlumata görə, şəhərə zərbələr “Lyutı” dronları vasitəsilə həyata keçirilib və onlardan biri yaşayış binasına doğru "uçub".

Gecə ərzində Rusiyanın digər bölgələrində ümumilikdə 121 Ukrayna PUA-sı vurulub.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
reyting.az

1Mənbələr