Bakı. Trend:
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsiqaydasında dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Mövcud qanunvericiliyə görə, əmək müqaviləsində sınaqmüddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanıözünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinəxitam verilməsi şərti göstərilməlidir.
Qanun layihəsində sözügedən qaydanın qanunvericilikdənçıxarılması təklif edilir.
Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əməkmüqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri(sərəncamı, qərarı) ilə xitam verilə biləcək.