Bakı. Trend:
“İƏT Mədəniyyət Festivalı - Bakı Yaradıcı Həftə - 2025”çərçivəsində Yaradıcılıq Sənayelərinə dair Bakı Kommünikesi qəbuledilib.
Trend xəbər verirki, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, səfirTariq əl-Bahitin səsləndirdiyi sənəddə bildirilir ki, 5–11 dekabrtarixlərində Bakıda keçirilən festival mədəniyyətlərarası dialoquninkişafına, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətinmöhkəmləndirilməsinə əhəmiyyətli töhfə verib.
Kommünike həmçinin, Azərbaycanın yaradıcılıq sənayelərinininkişafında və beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsindəartan rolunu vurğulayır.
Sənəddə qeyd olunur ki, festivalda 40-dan çox ölkədən 300-dənartıq xarici qonaq iştirak edib. Dövlət qurumları, beynəlxalqtəşkilatlar, elmi və mədəni institutların nümayəndələrininqatıldığı tədbirlərdə ümumilikdə 5000-dən çox insan iştirak edib.Proqram çərçivəsində kino, teatr, moda, dizayn, musiqi, oyunsənayesi və rəqəmsal startaplarla bağlı çoxsaylı sessiyalar təqdimolunub.
Festivalın əsas hadisələri arasında kommunikedə - MYFORUMMədəniyyət və Yaradıcılıq Sənayeləri Forumu , MYEXPO — CreativeVillage sərgisini, Baku Cinema Breeze 2025 beynəlxalq kinoproqramı, Eastern Fashion Show və G HUB — Beynəlxalq Oyun TexnologiyalarıSammiti xüsusi vurğulanır. Bildirilir ki, bu platformalar ölkələrarasında bilik mübadiləsi, tərəfdaşlıqların qurulması və yaradıcıəməkdaşlığın genişləndirilməsi üçün vacib imkanlar yaradır.
Sənəddə festival iştirakçılarının yaradıcılıq sənayeləriniiqtisadi şaxələndirmə və dayanıqlı inkişaf üçün mühüm alət kimiqiymətləndirdikləri vurğulanır. Bu kontekstdə İƏT üzv dövlətləriarasında rəqəmsal innovasiyalar, sahibkarlıq, mədəni irsinqorunması və yeni texnologiyaların məsuliyyətli tətbiqi sahələrindəəməkdaşlığın gücləndirilməsinə çağırış edilir. Həmçinin birgəproqramlar, institusional tərəfdaşlıqlar və dövlət-özəl sektorəməkdaşlığı daxil olmaqla innovativ maliyyə mexanizmləriningenişləndirilməsinin zəruriliyi diqqətə çatdırılır.
Kommünikedə festivalın təşkilatçılığı ilə bağlı AzərbaycanHökumətinə dərin minnətdarlıq ifadə edilir. Xüsusi olaraq Prezidentİlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafında, İslamhəmrəyliyinin möhkəmləndirilməsində və mədəniyyətlərarası dialoquntəşviqindəki liderliyi qeyd olunur.
Sonda sənəddə qeyd olunur ki, “İƏT Mədəniyyət Festivalı- BakıYaradıcı Həftə 20252 yaradıcılıq sənayeləri sahəsində İƏT üzvölkələr arasında əməkdaşlıqda yeni bir səhifə açıb.