AZ

İranlı nazirin özündən 32 yaş balaca xanımı Arzu və qızı Bakıda FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda rəsmi səfərdə olan İran xarici işlər naziri Seyid Abbas Əraqçinin xanımı və qızı, həmçinin İslam Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlarının ailə üzvləri Bibiheybət məscidini ziyarət ediblər.

Onlara ziyarətgah kompleksinin tarixi barəsində danışılıb.

Qonaqlar İmam Museyi-Kazımın (ə) qızı xanım Həkiməninin (Fatimeyi-Suğranın) (s.ə) məzarını ziyarət ediblər.

İran mətbuatı bildirir ki, nazirin hazırkı xanıml Arzu Əhmədvand 30 yaşındadır. O, Araqçının ikinci həyat yoldaşıdır.

Oların bu evlilikdən dörd yaşında bir qızları var.

Abbas Araqçı birinci həyat yoldaşından boşanıb. Onun birinci həyat yoldaşı rəssamlıq sahəsində çalışan və İranın rəssamlıq professorlarından biri olan Bahare Abdullahian olub.

Qeyd edək ki, Araqçı 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir.

O, 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999-2003) və Yaponiyada (2007-2011) səfir vəzifələrində çalışıb.

Səfir olmamışdan əvvəl Araqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr