AZ

"Roblox" ilə bağlı çoxsaylı şikayətlər qeydə alınır

Kreml "Roblox" oyun platformasının bloklanması ilə bağlı uşaqlardan çoxsaylı şikayətləri qeydə alır.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz həqiqətən də "Roblox" platformasının bloklanması ilə bağlı uşaqlar da daxil olmaqla çoxlu sayda sorğuları qeydə alırıq”, - Kreml sözçüsü bildirib.

Peskov qeyd edib ki, vəziyyət nəzarət altındadır, lakin gələcək tədbirlərlə bağlı qərar müvafiq qurumlar və rabitə tənzimləyicilərinin səlahiyyətindədir.

Xatırladaq ki, ötən həftə "Roskomnadzor" "Roblox" internet xidmətinə girişi məhdudlaşdırıb. Səbəb kimi ekstremist və terror fəaliyyətinin təbliğatını, əsaslandırılmasını ehtiva edən materialların yayılması göstərilib. Agentlik dəfələrlə oyun platformasına qadağan olunmuş materialların çıxarılmasını tapşırıb, lakin bu tələblərə əməl edilməyib.

Seçilən
55
publika.az

1Mənbələr