Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın telekommunikasiyavə poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiyaKommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 737hüquqi və fiziki şəxs tərəfindən 122 320 ədəd avadanlığa icazə üçünmüraciətə baxılıb.
Trend xəbər verir ki, bubarədə RİNN məlumat yayıb.
Bunlardan 245 hüquqi və fiziki şəxs tərəfindən 2593 ədəd “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsubola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən(mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müxtəlifmarkalı və modelli avadanlıqlara “xüsusi icazə” verilməsi ilə bağlıedilən müraciətlərə baxılıb. Bunlardan 201müraciət üzrə 2 291 ədəd avadanlığın idxalı üçünicazə verilib.
38 müraciət üzrə 205 ədədavadanlığa qanunvericiliyə müvafiq olaraq tələb olunan sənədlərtəqdim edilmədiyi üçün icazə verilməyib.
Bununla yanaşı, 492 müraciət üzrə 119727 avadanlığın idxalı üçün müraciətlər olunub və461 müraciət üzrə 115 926 ədədavadanlığın idxalı qanunvericilik çərçivəsində müsbətcavablandırılıb.
24 müraciət üzrə 3 795avadanlığın idxalına dair daxil olmuş müraciətlər müvafiq prosedurüzrə baxılmaqdadır.
Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən“Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti(https://e-permission.icta.az)istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin dahasürətli və effektiv cavablandırılmasını mümkün edib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsindətənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik vənizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
Həmçinin qeyd edilib ki, 2025-ci ilin yanvar – noyabr aylarıərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan RespublikasıQanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətiningöstərilməsi üçün 269 müraciət üzrə təqdim edilən ərizələrə əlavəolunan sənədlərdəki məlumatların uyğunluğunun qiymətləndirilməsitəmin edilib.
Nəticədə 265 ünvanda sürətli poçt xidmətiningöstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər4 müraciətlə bağlı isə müsbət rəy verilməyib.