AZ

İcraçı direktor: Orta Asiya ölkələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumlar yaradıla bilər

Bakı, 9 dekabr, Nailə Həsənova, İlkin Cavanşirov (foto), AZƏRTAC

Orta Asiya respublikalarında Bakı Beynəlxalq Mutikulturalizm Mərkəzi (BBMM) kimi qurumların yaradılması üçün ölkəmizin təcrübəsi öyrənilir. Həm qardaş Türkiyə, həm də Mərkəzi Asiya ölkələrinin oxşar təşkilatları, beyin mərkəzləri ilə sıx əlaqələrimiz var.

Bu barədə AZƏRTAC-ın müxbirinə BBMM-in icraçı direktoru Rəvan Həsənov məlumat verib.

O bildirib ki, hazırda Özbəkistan BBMM-in təcrübəsinə maraq göstərir: “Bu yaxınlarda Şuşada keçirilən Türkiyə-Azərbaycan Beyin Mərkəzlərinin Birinci Forumunda iştirak edərkən bizim təşkilatla eyni funksiyaları yerinə yetirən beynəlxalq təşkilatlarla layihələr həyata keçirdik. Dəfələrlə Qazaxıstan və Özbəkistanda keçirilən tədbirlərə dəvət almışıq. Ümid edirik ki, başqa ölkələrlə əməkdaşlıq layihələrimiz daha da genişlənəcək və oxşar modellər həyata vəsiqə alacaq”.

 

Seçilən
103
2
azertag.az

3Mənbələr