AZ

7 yaşında Rusiyanın ən gözəl qızı seçildi

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Rusiyalı 7 yaşlı Stella Krikunova Rusiyanın ən gözəl qızı seçilib.

BAKU.WS xəbər verir ki, Voronejdən olan Stella "Little Miss World Russia" adlı 7-ci milli gözəllik və istedad müsabiqəsinin qalibi seçilib.

Tədbirin final mərhələsi Moskvada baş tutub.

Müsabiqənin direktoru İrina Kirsanova bildirib ki, səhnəyə çıxan hər bir uşaq artıq qalibdir.

Bu il 72 uşaq əsas ad uğrunda mübarizə aparıb. İlk üçlüyə Stella Krikunovadan başqa Buryatiyadan olan 11 yaşlı Darisa Çoydonova və Altayı təmsil edən 12 yaşlı Alena Zhao daxil olub.

Bu üç qız yanvarın 8-də Gürcüstanda keçiriləcək "World Star Rising 2026" beynəlxalq müsabiqəsinin finalında Rusiyanı təmsil edəcək.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
baku.ws

2Mənbələr