AZ

Luvrda su sızıntısı: yüzlərlə arxiv sənədi zərər gördü

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Luvr muzeyində noyabrın sonunda yaşanan su sızıntısı nəticəsində yüzlərlə elmi nəşr və arxiv sənədi ziyan görüb.

Kulis.az xəbər verir ki, sızıntı muzeyin Misir şöbəsinin yerləşdiyi “Molien” bölməsində baş verib.

Rəsmi açıqlamada bildirilib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid misirşünaslıq jurnalları və tədqiqat materialları da daxil olmaqla, 300–400 arxiv sənədi su altında qalıb.

Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

Mehriban Xanlarova işdən çıxarıldı

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

Muzey rəhbərliyi kolleksiyadakı unikal artefaktların təhlükədə olmadığını, bütün zədələnmiş materialların qurudulub restavrasiya olunacağını qeyd edib.

Sızıntıya istilik və havalandırma sistemindəki köhnə klapanın təsadüfən açılması səbəb göstərilir. Qeyd olunur ki, muzey bu sistemi bir neçə ay əvvəl tamamilə dayandırmışdı və onun 2026-cı ildə yenilənməsi planlaşdırılır. Hadisə ilə bağlı daxili araşdırma aparılır.

Xatırladaq ki, oktyabr ayında da Luvrdan dəyəri 100 milyon dollardan çox olan zinət əşyaları oğurlanmışdı.

Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

Mehriban Xanlarova işdən çıxarıldı

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
kulis.az

1Mənbələr