AZ

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

XIII Qlobal Bakı Forumunun əsas prioriteti dünyada baş verən münaqişələrə real həll yolları tapmaqdır. Qlobal proseslər göstərir ki, biz yalnız mövcud qarşıdurmaları deyil, həm də gələcəkdə baş verə biləcək konfliktləri və təbii fəlakətləri vaxtında təhlil etməli və onlara hazır olmalıyıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç söyləyib.

O bildirib ki, hazırda beynəlxalq təhlükəsizlik üçün ən ciddi risklərdən biri nüvə müharibəsi ehtimalıdır. Bu kimi qlobal problemlər BMT də daxil olmaqla beynəlxalq təşkilatların əsas prioriteti olmalıdır.

“Forumun ilk illəri ilə müqayisədə dünya indi tamamilə fərqli mənzərə təqdim edir. O zaman qlobal gündəmdə bu qədər dərin və çoxsaylı münaqişələr yox idi. Heç düşünməzdik ki, bu gün Forumun əsas müzakirə mövzusu məhz münaqişələrin həlli yolları olacaq”, - deyə Boris Tadiç əlavə edib.

Seçilən
61
3
azerbaijan-news.az

4Mənbələr