AZ

Siqaretlər bahalaşacaq – Aksiz dərəcələri artırılır

Bir sıra tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

“Birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif olunur”, – deyə komitə sədri bildirib.

Seçilən
59
12
veteninfo.az

10Mənbələr