AZ

Tamilla Qulamiyə yeni vəzifə verildi

“El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyində İcraçı direktorluq vəzifəsi təsis olunub.

“Cebheinfo.az” xəbər verir ki, “El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyinin İdarə Heyətinin 9 dekabr 2025-ci il tarixində növbəti iclası keçirilib.

İclasın gündəliyinə təşkilati və cari məsələlər daxil edilib. Təşkilati məsələlərin müzakirəsinin yekunu olaraq, birliyin sədri Elnur Quliyevin təqdimatı ilə qurumun fəaliyyətinin yenidən təşkili və aktivləşdirilməsi məqsədilə İcraçı Direktorluk təsisatının yaradılması məsələsi müzakirə edilərək qəbul edilib. 

Toplantının gedişatında Elnur Quliyevin növbəti təqdimatı ilə birliyə yeni üzv olmuş tanınmış ictimai xadim Tamilla Qulaminin təsis olunan İcraçı Direktorluğa namizədliyi irəli sürülüb.

İrəli sürülən təklif yekdilliklə qəbul edilib. Toplantı zamanı qarşıda duran cari məsələlər müzakirə edildikdən sonra iclas başa çatıb.

“Cebheinfo.az”

Seçilən
85
cebheinfo.az

1Mənbələr