"Milan"ın ulduz futbolçusu Rafael Leao A seriyasının 14-cü turunda "Torino" ilə oyunda (3:2) zədələnib.
Publika.az xəbər verir ki, 26 yaşlı portuqaliyalı forvard matça start heyətində çıxıb, lakin 31-ci dəqiqədə zədə səbəbindən əvəz olunub. Onun yerinə Samuele Ricci daxil olub. Meydanı tərk edərkən Leao sağ budunun iç tərəfini tutub.
Matçdan sonra Milanın köməkçi məşqçisi Marko Landuççi futbolçuda addüktor (budun daxili əzələsi) problemi yarandığını bildirib:
"Leao müayinədən keçəcək. Onun addüktorla bağlı problemi var, ümid edirik ki, ciddi bir şey deyil".