“Üzümün dəyişdirilməsini tam yerli keyitmə ilə etdim".
"Yeni Sabah" xəbər verir ki, bunu Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatı ilə bağlı deyib.
O “Öz aramızda” verilişində əməliyyat zamanı qorxduğundan narkoz qəbul etmədiyini bildirib:
"Açığı, narkoz alsaydım, yuxudan oyanmamaqdan ehtiyat edirdim. Ona görə də gözlərimi yumub heç nəyə baxmadım. Üz dərim və əzələlər dartıldı, sonra dərini yenidən tikdilər. Burun əməliyyatını da eyni qaydada – narkozsuz etdirmişdim. Amma çəkiclə sümüyü sındırdıqları an ağrı olduqca güclü idi”.
Telegram kanalımız