ABŞ Prezidenti Donald Tramp Politico-ya verdiyi müsahibədə Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdə qalma müddətinin sona yaxınlaşdığını bildirib.
KONKRET.az xəbər verir ki, Tramp deyib:
“Onun hakimiyyəti sona çatacaq. Çünki sayılı günləri qalıb”, – deyə Tramp vurğulayıb.
Eyni zamanda, Tramp ABŞ-ın Venesueladakı vəziyyətə hərbi müdaxilə ehtimalını şərh etməkdən boyun qaçırıb:
“Bu məsələni müzakirə etmək istəmirəm”, – deyə o qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az