AZ

Bakı Yaradıcılıq Həftəsində kino sənayesində dövlət səviyyəli əməkdaşlığın perspektivləri nəzərdən keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Konqres Mərkəzində “İƏT Mədəniyyət Festivalı: Bakı YaradıcıHəftə – 2025” çərçivəsində beynəlxalq proqram olan "Baku CinemaBreeze"də “Kino sənayesində dövlət səviyyəli əməkdaşlığınperspektivləri” mövzusunda panel müzakirəsi keçirilib.Panelmüzakirəsi zamanı müxtəlif ölkələrin dövlət kino institutlarınınnümayəndələri strateji inkişaf istiqamətlərini və beynəlxalqtərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Trend xəbər verirki, açılış nitqi ilə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyininnazir müavini Saadət Yusifova milli kino sənayesinə dövlət dəstəyihaqqında danışıb.

KOBİA-nın İdarə Heyətinin müşaviri Zaur Qaradaşov kino sahəsinindayanıqlı inkişafı üçün ölkələr arasında əməkdaşlığıngenişləndirilməsinin vacibliyini vurğulayıb.

Panel müzakirəsinə Kamran Qasımovun moderatorluğu ilə müxtəlifölkələrin kino sənayesi nümayəndələri qatılıb. Onlar arasındaTürkiyə Kinematoqrafiya İdarəsinin baş direktoru Birol Güven,Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru RəşadƏzizov, Pakistan Elektron Media və Nəşrlər Direktoratının direktoruSaid Sair Rəza, Gürcüstan Milli Kino Mərkəzinin nümayəndəsi MamukaBliadze, Özbəkistan Respublikası Kinematoqrafiya Agentliyinindirektor müşaviri Sayfullo Rəcəbov və digərləri var idi.

Müzakirələr zamanı spikerlər kino sənayesinin inkişafı vəbeynəlxalq əməkdaşlıqla bağlı bir sıra məsələləri nəzərdənkeçiriblər. İştirakçılar dövlət kino siyasətininformalaşdırılmasını, kino sahəsinin inkişafına dair millistrategiyaların yaradılması təcrübəsini, qanunvericiliktəşəbbüsləri, islahatlar və sənayenin gücləndirilməsinə yönəlmişidarəetmə modellərini müzakirə ediblər.

Xüsusi diqqət kino diplomatiyası və beynəlxalq mədəni əməkdaşlıqməsələlərinə yönəldilib. Spikerlər kino sənətinin ölkələr arasındamədəni əlaqələri möhkəmləndirən, qarşılıqlı anlaşmanı artıran vəbeynəlxalq dialoqu genişləndirən vacib alət rolunuvurğulayıblar.

Müzakirələrdən biri birgə istehsal və müştərək- maliyyələşdirməmexanizmləri mövzusuna həsr olunub. İştirakçılar dövlət dəstəyiformaları, birgə prodüser fondlarının fəaliyyəti, tərəfdaşproqramların imkanları və beynəlxalq kino layihələri üçün şəraitinyaradılması barədə danışıb.

Kino sənayesinin rəqəmsal transformasiyası da diqqətdən kənardaqalmayıb. Spikerlər yeni texnologiyaların tətbiqi, istehsalınrəqəmsallaşdırılması, VFX istiqamətinin inkişafı, habelə OTTplatformalarda və paylama sahəsində əməkdaşlığın genişləndirilməsimövzusunda fikir mübadiləsi aparıblar.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Seçilən
77
az.trend.az

1Mənbələr