Bakı. Trend:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindəndövlət ümumtəhsil məktəblərinin kitabxanalarının oxu ədəbiyyatlarıilə zənginləşdirilməsi məqsədilə, ölkədəki mövcud (yerli və xarici)oxu nümunələri (klassik ədəbiyyat, publisist, bestseller və s.)arasından seçim aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən məlumat verilib.
Bildirilib ki, oxu nümunələrinin seçimi şagirdlərin yaşsəviyyəsinə uyğunluğu, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü,dəyəryönümlülüyü meyarları əsasında mütəxəssislərin iştirakı iləhəyata keçirilir.
"Seçilmiş oxu ədəbiyyatları onlar üzərində satış hüququ olanşirkətlərdən satın alınması yolu ilə əldə olunur. Hər ilsatınalınan oxu ədəbiyyatlarının hər birindən bir nüsxə olmaqla,dövlət ümumi təhsil müəssisələrinə təqdim edilir", - məlumatda qeydolunub.
Qeyd edək ki, məktəb kitabxanaları üçün kitabların seçilməsi vəya alınması hansı prinsiplərlə həyata keçirildiyi uzun illərdirictimaiyyət arasında müzakirə mövzusu olaraq qalır. Bu prosesdə həmtəhsil ekspertlərinin rəyi, həm də şagirdlərin yaş xüsusiyyətlərivə ehtiyacları nəzərə alınmalıdır. Şəffaf meyarların tətbiqi isəvalideynlərdə və cəmiyyətdə etimadı artırır. Eyni zamanda, kitabfondu yenilənərkən müasir tədris tələblərinə uyğun, həm dəmilli-mənəvi dəyərləri əks etdirən nəşrlərin seçilməsi xüsusiəhəmiyyət daşıyır.