Bakı. Trend:
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq,Bakıda Türkiyə nümayəndə heyəti ilə mövcud və gələcək əməkdaşlıqistiqamətlərinin müzakirəsinə həsr olunmuş işçi görüşükeçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı HHQ sahəsində qarşılıqlı fəaliyyətindaha da inkişaf etdirilməsi, birgə təlim, təcrübə mübadiləsi,texniki və əməliyyat sahələrində əməkdaşlığın genişləndirilməsiimkanları müzakirə edilib.
Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyatakeçirilən islahatlar və HHQ-nin fəaliyyətindən bəhs edən brifinqtəqdim olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlərətrafında geniş fikir mübadiləsi aparılıb.