AZ

Əhliman Əmiraslanov: “Heydər Əliyev Azərbaycanın xilaskarıdır”

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və Yaşar Əhmədovun həmmüəllifi olduğu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə nəşr edilmiş “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” kitabının təqdimatı baş tutub.

Bizim.Media xəbər verir ki, bununla bağlı təşkil edilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Əhliman Əmiraslanov Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərindən danışıb:

“Heydər Əliyev Azərbaycan xalqı və vətənimiz üçün misilsiz xidmət göstərmiş, öncəgörmə zəkası ilə ad-san qazanmış nadir şəxsiyyətlərdən biridir. Azərbaycan xalqı onun xidmətlərini məmnuniyyətlə yad edir. Onun xidmətləri Azərbaycanın inkişaf və tərəqqisində hər zaman xatırlanacaq. Heydər Əliyev xilaskarlıq missiyasını həyata keçirən liderdir”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
30
2
bizim.media

3Mənbələr