Bakı. Trend:
Ukrayna lideri Co Baydendən 350 milyard dollar almağa nail olsada, nəticədə ölkəsinin təxminən 25 faizini itirdi.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp“Politico”ya müsahibəsində söyləyib.
Trampın sözlərinə görə, bu, Ukraynanın təxminən 25%-niitirməsinə səbəb olub.
“O (Zelenski – red.) möhtəşəm satıcıdır. Mən onu P.T. Barnumadlandırıram. Siz bilirsiniz P.T. Barnum kimdir, elə deyilmi?Dünyanın ən yaxşılarından biridir. O, hər hansı bir məhsuluistənilən vaxt sata bilərdi. Onun ifadəsi belə idi: "Mən hər hansıbir məhsulu hər an sata bilərəm". Və bu həqiqət idi. O, deyirdi ki,işləyib-işləməməsi önəmli deyil”, – Tramp deyib.
Zelenskini Barnumla müqayisə edən ABŞ Prezidenti əlavə edib ki,Ukrayna lideri “korrupsiyaya bulaşmış Co Baydendən 350 milyarddollar almağa nail olub”.