BAKI, 9 dekabr. TELEQRAF
“Rusiya gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar dezinformasiya kampaniyasına başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Rusiya və proksi qüvvələri gələn il Ermənistanda keçiriləcək seçkilər öncəsi dezinformasiya kampaniyalarını gücləndirib. Moldova da bu ilin əsas hədəfi olmuşdu, amma bu həm də göstərir ki, belə çağırışları dəf etmək mümkündür”, - o bildirib.