AZ

Ülvi Quliyev idmançılarla görüşüb – FOTO

Bu gün Milli Məclisin inzibati binasında millət vəkili Ülvi Quliyev Yunanıstanın Afina şəhərində yeniyetmələr arasında keçirilən taekvondo üzrə Avropa birinciliyində yüksək nəticə əldə edən idmançılarla və Vətən müharibəsi qazisi İlkin Ağayevlə görüş keçirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ülvi Quliyev öz Feysbuk hesabında paylaşım edib.

Millət vəkili bildirib ki, görüş zamanı qazi İlkin Ağayevin müraciəti operativ şəkildə araşdırılaraq həll edilib.

Tədbirdə Avropa birinciliyində fərqlənərək ölkəmizi layiqincə təmsil edən gənc idmançılar və onların məşqçilərin hədiyyələr təqdim edilib və onların qarşıdakı beynəlxalq yarışlarda daha böyük nailiyyətlər qazanacaqlarına inam ifadə olunub.

Seçilən
68
2
veteninfo.az

3Mənbələr