Türkiyənin Tunceli vilayətində 4,2 maqnitudalı zəlzələ baş verib.
Ekologiya.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Tuncelinin Pülümür rayonunda 7 km dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə hələlik məlumat verilməyib.