Goranboyda yol qəzası olub.
NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə “Toyota”ilə “VAZ” markalı minik maşınları toqquşub.
Qəza zamanı 2005-ci il təvəllüdlü Aypara Əmrahova, 1977-ci il təvəllüdlü Sadəgül Ələsova və 1995-ci il təvəllüdlü Elnarə Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır