AZ

Yaslarda ehsan və pul toplamaq: Din nə deyir?

Artıq bir çox rayonlarda yas mərasimlərində ehsan süfrələrinin təşkili qadağan edilib. Bunun ardınca cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də yaslarda pul yığmaq adətidir.

Bu təcrübəyə dair dini baxımdan suallar tez-tez gündəmə gəlir. Bəzi insanlar bunu yardımın bir forması hesab edir, digərləri isə təmənnalı davranış kimi görür.

Azərbaycanda yas mərasimlərində pul yazdırma ənənəsi qəbir sahibi üçün maddi yardım toplama və borc götürmə formasıdır. Bu, köhnə adət olsa da, dini baxımdan mübahisəlidir, bəziləri bunu minnət qoymaq, İslam təlimlərinə zidd görməklə yanaşı, digərləri isə bunu ailəyə dəstək kimi dəyərləndirir. Lakin İslamda borc üçün ölü üzərində minnət qoymaq məqbul sayılmır.

Bəs, İslamda bu ənənə nə dərəcədə düzgündür?

Sualı NOCOMMENT.az-a ilahiyyatçı Ağa Hacıbəyli cavablandırıb:

“Yas mərasimlərində bir çox dini ənənələr var ki, onlar düzgün şəkildə yerinə yetirildikdə, ölünün savabına səbəb olar. Bu əməllərdən biri yas məclisində gözəl söhbətlərin, duaların və istiğfarların edilməsi, həmçinin iştirak edən insanların Allah rizası üçün təziyə bildirməsidir. Onlar mərhumun ailəsinə mənəvi dəstək olmaq məqsədilə bu məclisə qatılırlar. Bu, İslam dinində məqbul və savab sayılan əməllərdən biridir.

Lakin “pul yazdırmaq” adəti isə əsrlər boyu formalaşmış və cəmiyyətə oturuşmuş bir ənənədir.

Əvvəllər bu, daha çox fəqir və kasıb insanlara verilirdi, onların vəfatı zamanı kənar şəxslərin maddi dəstəyi ilə dəfn mərasimi həyata keçirilirdi. Günümüzdə də bir çox bölgələrdə bu adət hələ də davam edir. Amma bunun İslam dini ilə birbaşa əlaqəsi varmı? Təbii ki, bu adətin dini baxımdan hər hansı bir əmr və ya göstərişi yoxdur. Sadəcə olaraq, insanlar yardım və dəstək niyyəti ilə vəfat etmiş şəxsin ailəsinə kömək göstərirlər ki, onlar da yas mərasiminə gələn qonaqlara müəyyən qədər çay, ehsan və ya sadə süfrə təqdim edə bilsinlər. Bu adətin əsas mahiyyəti də məhz bu yardımlaşma və dəstək niyyətindən ibarətdir”.

Seçilən
18
nocomment.az

1Mənbələr