AZ

Azərbaycan–Slovakiya tərəfdaşlığı bundan sonra da genişlənərək



"Ötən illər ərzində Azərbaycan–Slovakiya əlaqələri çox uğurla inkişaf etmişdir. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə irəliləyir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, Azərbaycan–Slovakiya diplomatik əlaqələri hər iki respublikanın müstəqillik əldə etməsindən sonra formalaşmağa başlamış və siyasi, iqtisadi, humanitar sahələri əhatə edən geniş əməkdaşlıq çərçivəsi yaranmışdır.

"Bu səbəbdən qeyd etmək istərdim ki, Azərbaycan və Slovakiya prezidentlərinin dekabrın 8-də Bratislavada mətbuata verdiyi birgə bəyanatlar ölkələrimiz arasındakı tərəfdaşlığın mahiyyətini və strateji əhəmiyyətini daha aydın şəkildə ortaya qoymuşdur. Hər iki dövlət başçısı çıxışlarında Azərbaycan–Slovakiya əlaqələrinin qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını xüsusi vurğulamışdır".

Hakim partiya rəsmisi əmin olduğunu bildirib ki, Azərbaycan–Slovakiya tərəfdaşlığı bundan sonra da genişlənərək həm xalqlarımızın rifahına, həm də regional sabitliyə mühüm töhfələr verəcək.

Cavid
Seçilən
38
newscenter.az

1Mənbələr