AZ

1960 cı ildə SSRİ də elektrikdoldurma məntəqəsi FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəlkə də kimsə elektromobili yenilik hesab edə bilər. Lakin bu texnika elə daxiliyanma mühərrikli avtomobillə həmyaşıddır. Sadəcə olaraq, inkişaf yolları fərqli olduğu üçün benzin və dizel mühərrikli modellər daha çox yayıldı.

Avtosfer.az xəbər verir ki, keçmiş SSRİ-də də 30-cu illərdən başlayaraq elektromobil sahəsində müəyyən tədqiqatlar aparılıb. 50-ci illərdən etibarən müəyyən nümunələr də yaradılıb.

1959-cu ildə Ulyanov Avtomobil Zavodunun mühəndisləri UAZ-450-nin bazasında UAZ-450EM elektromobilini hazırladılar. Az sayda hazırlanan bu model aerodromlarda xidmət üçün nəzərdə tutulmuşdu. Elektrikdoldurma məntəqəsinin əks olunduğu foto 1960-cı ilin qışında keçmiş SSRİ-nin aerodromlarından birində çəkilib.

Qurğuşun akkumulyator və 15 kilovat gücündə mühərriklə elektromobil bir dolumla 70 kilometr qət edə bilirdi. Bu da aerodrom xidmətləri üçün kafi idi.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr