AZ

Qarabağın bərpa-quruculuq prosesində Slovakiya şirkətləri də öz layiqli töhfəsini verəcək



"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində ölkəmiz regional sabitlik və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Xüsusilə 2020-ci ildə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılması, müasir infrastrukturun yaradılması və regionun sürətlə dirçəldilməsi bu siyasətin real nəticələridir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Zülfiyyə Mahmudova prezident İlham Əliyevin Slovakiyaya səfərini şərh edərkən deyib. O qeyd edib ki, bu gün Azərbaycanın güclənən iqtisadi potensialı və yüksələn beynəlxalq nüfuzu dost və tərəfdaş ölkələrlə, o cümlədən Slovakiya ilə əlaqələrin dinamik şəkildə inkişaf etməsinə mühüm töhfə verir:

"İnanırıq ki, gələcəkdə Qarabağın bərpa-quruculuq prosesində Slovakiya şirkətləri də bu istiqamətdə öz layiqli töhfəsini verəcək".

Süleyman
Seçilən
41
newscenter.az

1Mənbələr