AZ

Zərdabda qəza törədən müğənni “Muğam müsabiqəsi”nin iştirakçısı olub

Bu gün Zərdab rayonunda baş vermiş ağır yol qəzasına dair daha bir təfərrüat bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobilin sürücüsü Məftun Məmmədov idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb, sonra ağaca çırpılıb.

Nəticədə avtomobildə olan şəxslərdən biri - İntiqam Məmmədovun  yerindəcə ölüb, digər şəxs - nəvəsi Tunar Məmmədov isə xəstəxanada keçinib.

Qəzanı törədən Məftun Məmmədovun muğam ifaçısı olduğu bildirilir. Belə ki, o, “Muğam müsabiqəsi”nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr